Əsas məzmuna keç
Saytsaz

Sayt 300 AZN‑dən. 3⁠–⁠5 günə hazır.

Bakıda restoran, klinika, salon və mağazalar üçün. Aşağıdakı nümunələrdən birini bəyənsəniz, onu sizin biznesinizə uyğunlaşdırarıq.

Hazırladığımız saytlar

Canlı müştəri saytları və hazır nümunələr. Hər nümunəni telefonda açıb yoxlaya bilərsiniz.

Bütün işlər

Müştəri saytıOnline mağaza + admin panel

PMA Outlet

Məhsul kataloqu, brendlər, bannerlər və məzmunu özləri idarə etdikləri admin panel.

Sayta baxın

Qiymətlər direktdə deyil — burada

Domen, hostinq və SSL‑in qurulması hər paketə daxildir. Razılaşdığımız qiymət sonra artmır.

QR Menyu

Pulsuz quraşdırma

İlk 2 ay hədiyyə, sonra 10 AZN/ay və ya 100 AZN/il

Müddət 1–2 gün

  • Quraşdırma pulsuz: menyunu biz yığırıq
  • 60 yeməyə qədər, şəkilləri siz verirsiniz
  • 2 dil: AZ + RU
  • Masalar üçün QR kod dizaynı
  • Qiymət dəyişiklikləri abunəyə daxildir

Start

300 AZN

Müddət 3–5 gün

  • Bir səhifəlik müasir sayt (landing)
  • Mobil uyğun dizayn
  • WhatsApp və zəng düymələri
  • Google Xəritə və əlaqə
  • Pulsuz SSL (https)

Biznes

Ən çox seçilən

750 AZN

Müddət 1–2 həftə

  • 6 səhifəyə qədər
  • 2 dil: AZ + RU
  • Xidmətlər, qalereya, haqqımızda
  • Əlaqə forması + WhatsApp
  • Əsas SEO — Google-da tapılmaq
  • Google Xəritə

Online Mağaza

1.500 AZN‑dən

Müddət 2–4 həftə

  • Məhsul kataloqu və axtarış
  • Səbət və sifariş
  • Sifariş WhatsApp-a və ya onlayn ödəniş
  • Admin panel: məhsulları özünüz idarə edirsiniz
  • Mobil uyğun və sürətli

Ödəniş: 50% işə başlayanda, 50% saytı görüb bəyənəndən sonra. İstəsəniz, məbləği 2–3 aya bölək.

Aylıq dəstək

İstəyə görə. Sayt işə düşəndən sonra server, ehtiyat nüsxə və dəyişikliklər bizdə olur.

  • Hostinq15 AZN/ay Server, təhlükəsizlik, gündəlik ehtiyat nüsxə
  • Standart30 AZN/ay Hostinq + kiçik dəyişikliklər: qiymət, şəkil, mətn
  • Artım60 AZN‑dən/ay Standart + hər ay SEO və Google üzərində iş

Saytınızın qiymətini hesablayın

5 suala cavab verin, qiyməti və hazır olma tarixini dərhal görəcəksiniz.

Biznesiniz hansı sahədədir?

Necə işləyirik

  1. 1 gün

    Danışırıq

    WhatsApp‑a yazırsınız və ya biz zəng edirik. 15 dəqiqəyə nə lazım olduğunu aydınlaşdırıb dəqiq qiyməti deyirik.

  2. 2–3 gün

    Dizaynı görürsünüz

    Əvvəlcə dizaynı göstəririk və bəyənənə qədər düzəldirik. Yalnız bundan sonra hazırlamağa keçirik.

  3. 2–10 gün

    Hazırlayırıq

    Mətnləri və şəkilləri yerləşdiririk, WhatsApp düyməsini, xəritəni və Google ayarlarını qoşuruq.

  4. +30 gün

    Sayt işə düşür

    Sayt sizin adınıza qeydiyyatlı domendə açılır. 30 gün ərzində istənilən səhvi pulsuz düzəldirik.

Salam, mən Ramin

3 ildən çoxdur proqramçıyam, Andersen Lab‑da işləmişəm. Saytları Wix və ya WordPress şablonu ilə yox, özüm kodla yazıram. Ona görə sayt telefonda tez açılır və sonra onu istədiyiniz kimi dəyişmək olur.

Hər layihəni əvvəldən axıra özüm edirəm. Sayt işə düşəndən sonra da yoxa çıxmıram: nəsə dəyişmək lazım olanda eyni adamla danışırsınız.

WhatsApp‑a yazın

Hər sualınıza WhatsApp‑da özüm cavab verirəm.

LinkedIn profilim

Suallar

Cavabını tapmadınız? WhatsApp‑a yazın.

WhatsApp‑a yazın

Instagram səhifəm var, sayt niyə lazımdır?

Instagram müştəri ilə yazışmaq üçün yaxşıdır, amma Google‑da görünmür və hesab bloklana bilər. “Stomatoloq Yasamal” kimi axtarışda sizi sayt tapdırır. Bio‑dakı link isə hər gün eyni suallara (qiymət, ünvan, iş saatı) cavab yazmaqdan qurtarır.

Sayt neçə günə hazır olur?

QR menyu 1–2 gün, landing səhifə 3–5 gün, biznes saytı 1–2 həftə, online mağaza 2–4 həftə. Müddət mətn və şəkillərin vaxtında gəlməsindən də asılıdır.

Hissə-hissə ödəmək olar?

Bəli. Adi qayda belədir: 50% işə başlayanda, 50% sayt hazır olanda. İstəsəniz, məbləği 2–3 aya bölə bilərik.

Sonra saytı özüm dəyişə bilərəmmi?

Bəli. Online mağazada admin panel var, istəsəniz başqa saytlara da qoşarıq: məhsulları, qiymətləri və şəkilləri özünüz dəyişirsiniz. Aylıq dəstəkdə isə bunu biz edirik.

Domen və hostinq nə qədərdir?

.com domen ildə təxminən 25–35 AZN, hostinq ayda 15 AZN‑dən. Hamısını biz qururuq, domen sizin adınıza qeydiyyatdan keçir.

Mətnləri və şəkilləri kim hazırlayır?

Əsas məlumatı siz verirsiniz, biz onu saytın mətninə çeviririk. Sıfırdan satış mətnləri lazımdırsa, bu ayrıca əlavədir (100 AZN). Peşəkar şəkil yoxdursa, keyfiyyətli stok şəkillərdən istifadə edirik.

Sayt rus dilində də olacaq?

Biznes paketinə və QR menyuya AZ + RU daxildir. Digər paketlərdə hər əlavə dil 100 AZN‑dir.

Saytınıza bu həftə başlayaq

Yazın, 15 dəqiqəlik pulsuz söhbətdə nə lazım olduğunu və dəqiq qiyməti deyək.

Sizə zəng edək

Nömrəniz yalnız sizinlə əlaqə üçün istifadə olunur.